Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi
  10 Aprel 2019    Oxunub:1749
ABŞ-ın Nyu-York ştatının rəhbərliyi qızılca epidemiyası üzündən qeydə alınan yüksək yoluxma hallarına görə Bruklinin Uilyamsberq rayonunda fövqəladə vəziyyət elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio "Tvitter" səhifəsində yazıb. Mer bildirib ki, hazırda şəhərdə qızılcaya yoluxma üzrə 300 hal qeydə alınıb və bu rəqəm getdikcə artmaqdadır. Onların əksəriyyəti isə epidemiyanın episentri olan Uilyamsberqdədir.

“Bruklinin konkret rayonlarında vaksinasiya edilməmiş hər bir sakin 48 saat ərzində mütləq peyvənd olunmalıdır. Qızılca epidemiyası əleyhinə peyvəndlər təhlükəsiz və effektivdir. Əgər sakinlər vaksinasiyadan imtina etsələr, 1000 dollar məbləğində cərimə olunacaqlar. Biz öz uşaqlarımızı və ailəmizi qorumalıyıq” – Blazio xəbərdarlıq edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Nyu-York   Qızılca   ABŞ  





Xəbər lenti