Kerri Sarkisyanla Qarabağı müzakirə etdi

  19 Noyabr 2013    Oxunub : 395
Kerri Sarkisyanla Qarabağı müzakirə etdi
Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ Dövlət katbibi Con Kerri Dağlq Qarabaq münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.
AzVision.az-ın erməni məbuatına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Con Kerri noyabrın 18-də Serj Sarkisyanla telefonla danışıb. Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı Ermənistanla ABŞ arasında iktərəfli münasibətlər, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü müzakirə olunub.

C.Kerri Sarkisyanla telefon danışığında onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə alternativ görmür və problemin həllində ATƏT-in Minsk qrupunun təklif etdiyi əsas prinsiplərinə söykənən məqbul həll mexanizmlərini tapmağa ehtiyac var.

Xatırladaq ki, bir müddət əvvəl Avstriyanın paytaxtında keçirdiyi görüşlərdə ABŞ dövlət katibi rəsmi Vaşinqtonun tərəflərin görüşündə maraqlı olduğunu və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll prosesini yaxından izlədiyini bildirib.

Teqlər: