Ruslar Paşinyanın yalanını üzə çıxardı

 Ruslar Paşinyanın yalanını üzə çıxardı
  10 Aprel 2019    Oxunub:2263
Rusiyanın Sosial Təhlil və Proqnozlaşdırma İnstitutu 2018-ci il üzrə araşdırmalarının yekun nəticəsi barədə hesabat yayıb.
Azvision.az Ermənistanın “Jamanak” qəzetinə istinadən xəbər verir ki, hesabata əsasən, ötən il postsovet dövründə ilk dəfə MDB məkanından Rusiyaya miqrant axını ən az sayda qeydə alınıb. Lakin bu məsələdə Ermənistan istisna olub.

“Maraqlıdır ki, hesabatda bütün istiqamətlər üzrə miqrantların sayının azaldığı vurğulanıb, təkcə Ermənistan və bəzi dövlətlər istisna olmaqla. Əksinə, 2018-ci il ərzində Rusiyaya köçən Ermənistan vətəndaşlarının sayında artım qeydə alınıb. Bu o deməkdir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyindəki hakimiyyətin bunun əksini təsdiqləyən bəyanatlarına baxmayaraq, ötən il Ermənistanın emiqrasiya üzrə göstəriciləri azalmayıb” – qəzet yazıb.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Miqrasiya   Rusiya  





Xəbər lenti