Bakıda baş verən qəzaların statistikası

  19 Noyabr 2013    Oxunub : 502
Bakıda baş verən qəzaların statistikası
Respublika üzrə baş verən yol nəqliyyat hadisələrinin 35 faizi Bakının payına düşür.
AzVision.az xəbər verir ki, bu sözləri Bakı şəhər Baş Polis idarəsinin bölmə rəisi, polkovnik leytinant Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, təkcə bu il ərzində 909 nəqliyyat hadisəsi baş verib və nəticədə 294 nəfərin ölümü, 947 yaralanması ilə nəticələnib.

V.Əsədov deyib ki, bu da ötən ilin müvaffiq dövrü ilə müqayisədə 16 hadisə çoxdur: “Yəni 4 ölüm, 19 nəfər xəsarət hadisəsi ötən ilin eyni dövrü ilə müqayisədə artıqdır”.

Fatimə

Teqlər: