Azərbaycanda avtomobillərin sayı artacaq

Azərbaycanda avtomobillərin sayı artacaq
  19 Noyabr 2013    Oxunub:1190
Yaxın 10 ildə Azərbaycanda avtomobillərin sayı 3 milyona yaxın olacaq.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin avtomobillərin nəqliyyat kofedrasının müdiri Sülhəddin Gözəlov bildirib.

O vurğulayıb ki, təkcə Bakıda hazırda hər min nəfərə 330 avtomobil düşür. Son 10 il ərzində 2.2 faiz artıb. Hazırda Azərbaycanda avtomobillərin sayı 1.2 milyondan çoxdur. Bunun 750 mini (62 faizi) Bakı və qalanları isə bölgələrin payına düşür.

Bu cür artım davam edərsə hesab edirik ki, yaxın 10 ildə Azərbaycanda avtomobillərin sayı 2.5-3 milyona çatacaq.

Fatimə


Teqlər:





Xəbər lenti