Hava getdikcə soyuyur

  19 Noyabr 2013    Oxunub : 411
Hava getdikcə soyuyur
Sabah Azərbaycanın bəzi ərazilərində yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava gün ərzində əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-9, gündüz 11-13 dərəcə isti olacağı proqnozlaşdırılır.

Noyabrın 20-də rayonlarda hava əsasən, yağmursuz olacaq. Bəzi yerlərdə duman olacaq. lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 4-9 dərəcə isti olacağı ehtimalı var.

Yaxın 3 gün ərzində respubliak ərazisində hava şəraitində elə ciddi dəyişiklik gözlənilmir. yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, hava əsasən yağmursuz keçəcək.

Teqlər: