Bakıda keçmiş məhkum məcburi köçkünü öldürüb

Bakıda keçmiş məhkum məcburi köçkünü öldürüb
  09 Aprel 2019    Oxunub:2063
Aprelin 7-də saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunan R.Rzayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

​T.Quliyev həmin gün xəstəxanada ölüb. ​Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti