Paşinyan AŞPA-da sualları cavablandıracaq

 Paşinyan AŞPA-da sualları cavablandıracaq
  09 Aprel 2019    Oxunub:2817
Ermənistanın baş naziri Nikol Paşinyan 10-11 apreldə Fransanın Strasburq şəhərinə işgüzar səfər edərək, Avropa Şurasında bir sıra görüşlər keçirəcək.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının planar iclasında çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Həmçinin, Paşinyanın Avropa Şurasının baş katibi Turbyorn Yaqlandla və AŞPA-nın sədri Lilian Mori Paskye ilə də görüşəcəyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   AŞPA   AvropaŞurası  





Xəbər lenti