Sabiq deputatdan jurnalistlərə pul təklifi

Sabiq deputatdan jurnalistlərə pul təklifi
  19 Noyabr 2013    Oxunub:969
Məqsəd pul qazanmaq deyil...
Sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov bundan sonra mətbuata iqtisadçı ekspert qismində pulsuz müsahibə, açıqlama verməyəcək.

AzVision.az xəbər verir ki, bu barədə Nazim Məmmədov Facebook səhifəsindən mediaya ünvanlanan mesajını verib.

”Hörmətli jurnalistlərin nəzərinə: Nəzərə alsaq ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq, ona görə də mən qonorarsız açıqlama, müsahibə, rəy verməyi bu dəqiqədən dayandırıram. Bu heç də mətbuatdan yayınmaq anlamına gəlmir, simvolik də olsa, mən itirdiyim vaxtın dəyərini kompensasiya etməliyəm. Məqsəd pul qazanmaq deyil, o yığılacaq pulu isə, indidən mətbuatın inkişaf fonduna (belə bir qurum yoxdursa, kimsəsizlər evinə) köçürməyi həmin mətbu orqandan xahiş etmək niyyətim var. Sadəcə mənimlə müqavilə imzalanmalı, şərtlər, tariflər dəqiqləşdirilməlidir. Gələcəkde rəqabətli mühit formalışdıqda isə, 1-2 TV, 1-2 radio, 2-3 qəzet və 2-3 saytla əməkdaşlıq etmək niyyətindəyəm. Azərbaycanda, dünyada baş verən siyasi-iqtisadi-sosial və digər hadisələrə isə Facebook, Twitter üzərindən reaksiya verəcəm, oradan götürməyinizə isə heç bir iradım olmayacaq. Məni dəstəkləyə biləcek ekspertləri də bu təşəbbüsə qoşulmağa dəvət edirəm".


Teqlər:  





Xəbər lenti