ABŞ Rusiyadan silah alanlara sanksiya xəbərdarlığı etdi

ABŞ Rusiyadan silah alanlara sanksiya xəbərdarlığı etdi
  09 Aprel 2019    Oxunub:1926
Rusiyadan silah almağı planlaşdıran Misir və digər ölkələr “Sanksiyalar vasitəsi ilə Amerikanın rəqiblərinə müqavimət haqqında” (CAATSA ) qanunun tətbiq edilməsinin mümkün nəticələrini yaddan çıxarmamalıdır.
Azvision.az xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi “RİA Novosti”yə açıqlamasında Misir tərəfindən Rusiyanın “Su-35” qırıcı təyyarələrinin mümkün alışını şərh edərkən deyib.

““Sanksiyalar vasitəsi ilə Amerikanın rəqiblərinə müqavimət haqqında” qanun çərçivəsində bizim böyük güzəştlər etmək imkanımız yoxdur. Rusiyadan silah sifariş edən ölkələr bilməlidirlər ki, bizim sanksiyaları yuşaltmaq imkanlarımız olduqca məhduddur” – amerikalı rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, “Su-35” qırıcılarının tədarükü ilə bağlı Misirin 2018-ci ildə Rusiya ilə müqavilə imzaladığına dair rus KİV-də xəbərlər yayılıb. Lakin Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Misir   Rusiya   ABŞ   Silah   Sanksiya  





Xəbər lenti