Mədət Quliyev kadr dəyişikliyi etdi

Mədət Quliyev kadr dəyişikliyi etdi
  19 Noyabr 2013    Oxunub:1341
Ədliyyə Nazirliyinin Penitensiar xidməti üzrə vəzifə təyinatları olub.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən apa-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə Azər Seyidov Bakı İstintaq təcridxanasının rəisi, Rəhim Şeyxəliyev Penitensiar xidmətin Qeydiyyat şöbəsinin rəisi, Rafiq Ramazanov Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, Əli İbrahimov 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi, Elçin Əlicanov 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi, Eldəniz İsgəndərov isə həmin müəssisənin rəis müavini vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, bu şəxslər indiyə kimi ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyevin əmri ilə həmin vəzifələri icra edirdilər.



Teqlər:  





Xəbər lenti