Poroşenko Zelenskini debata çağırdı: “Stadionda gözləyirəm”

 Poroşenko Zelenskini debata çağırdı:   “Stadionda gözləyirəm”
  08 Aprel 2019    Oxunub:3433
Ukraynanın hazırki rəhbəri Pyotr Poroşenko prezident seçkilərindəki rəqibi Vladimir Zelenskini debata çağırıb.

Azvision.az xəbər verir ki, Poroşenko Zelenski ilə aprelin 14-də Kiyevin “Olimpiya” stadionunda debata çıxmaq istədiyini və onu gözlədiyini deyib.
Poroşenko, həmçinin bütün vətəndaşları, telekanalları və KİV nümayəndələrini debata dəvət edib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Azvision.az




Teqlər: Poroşenko   Zelenski  





Xəbər lenti