Sumqayıtda evdə partlayış olub: Ana və qızı yaralanıb

  Sumqayıtda evdə partlayış olub:    Ana və qızı yaralanıb
  07 Aprel 2019    Oxunub:3063
Sumqayıt şəhərinin “Yaşma bağları” adlanan yaşayış massivində partlayış olub.
Azvision.az xəbər verir ki, hadisə bu gün səhər saalarında fərdi evlərdən birində baş verib. Qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər. Faktla bağlı polis idarəsində araşdırma aparılır.

Azvision.az



Teqlər:





Xəbər lenti