Brüssel Britaniya baş nazirinin istəyini rədd etdi

   Brüssel Britaniya baş nazirinin istəyini rədd etdi
  05 Aprel 2019    Oxunub:3242
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk “Brexit” tarixinin iyunun 30-dək təxirə salınması ilə bağlı Böyük Britaniyanın baş naziri Tereza Meyin təklifini rədd edib. Azvision.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Tusk bildirib ki, “Brexit”i hansısa fasilələrlə qısa müddətə yox, 2020-ci ilin 31 martınadək təxirə salmaq daha məqsədəuyğun olardı. Çünki Britaniya parlamentindəki “Brexit” dalanından çıxmaq üçün danışıqların daha bir il müddətinə uzadılması yeganə “ağıllı” yoldur.

Bu mənada Tusk deyib ki, 10 apreldə Brüsseldə keçiriləcək “Brexit” sammitində Tereza Meyə daha “dərin” təxirə salma variantı təklif edəcək. Və əgər Mey təklifi qəbul edərsə, onda Britaniya mayın sonunda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak edə biləcək.

Qeyd edək ki, Mey Tuska yazılı məktub ünvanlayaraq “Brexit” tarixinin iyunun 30-dək təxirə salınmasını xahiş edib. Səbəb isə, 12 apreldə İttifaqdan “sərt Brexit” yolu ilə, yəni sazişsiz ayrılmadan yayınmaq naminə ötən gün Britaniya parlamentinin qəbul etdiyi yeni qanun layihəsində baş nazir Meydən “Brexit”in təxirə salınmasına nail olmasının tələb edilməsidir.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti