Bakı sakini qayınatasını döyüb

Bakı sakini qayınatasını döyüb
  05 Aprel 2019    Oxunub:2768
Aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döyüb, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açıb.
Daxili İşlər Nazirliyinin Mətbuat ximətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar və Elnur saxlanılıblar.

Hadisə törədilərkən istifadə edilmiş “Ekolbotan” markalı pnevmatik tapança və 3 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinyət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti