Məmmədyarov erməni jurnalistləri susdurdu: "Buyurun cavab verin..." (VİDEO)
Erməni: Siz 2016-cı ilin aprel müharibəsi barədə nə düşünürsünüz? Çünki hamı fikirləşir ki, hücum edən tərəf Azərbaycan olub.
Məmmədyarov : Hər kəsin düşüncələri və nəticələr fərqlidir. Əgər tarixə nəzər salsanız, görərsiniz ki, istənilən müharibədə müxtəlif fikirlər var. Hamı kimin günahkar və kimin haqlı olduğu barədə öz hekayələrini qurur. Amma ümumilikdə düşünürəm ki, 2016-cı ilin aprel müharibəsi, çox təəssüf ki, hələ bu regiona sülhün gəlmədiyini bizə göstərdi. Və bu, bizim həmişə səsləndirdiyimiz yanaşmanın doğruluğunu təsdiqlədi: işğalçı ordu öz bölüyünə geri çəkilməlidir. Çünki bu, sülhlə nizamlanmanı qəbul edə biləcəyimiz yeganə yoldur. Həmişə sülh yolu ilə həlldən danışanda biz anlayırıq ki, sülh üçün ən böyük bəla işğalçı qoşunlardır. Və bu münaqişədə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, sözsüz ki, nizamlanma prosesində tamamilə fərqli mühit yarada və həm də əvvəllər birgə yaşamış iki xalq üçün yeni imkanlar aça bilər.
Erməni : Siz həmişə söyləyirsiniz ki, sülhü qoruyub saxlamalıyıq və bizə sülh lzımdır. Amma nədənsə sizin bütün hərəkətləriniz bunun əksini deyir.
Məmmədyarov : Cavab olduqca sadədir. Axı Ermənistan hərbçiləri tərəfindən əraziləri işğal olunan mənim ölkəmdir. Axı Ermənistan vətəndaşının Azərbaycan ərazisində hərbi xidmətdə nə işi var? Buyurun cavab verin…
Erməni : Siz niyə hesab edirsiniz ki, oralar sizin ərazilərdir? Onlar xalis Ermənistan əraziləridir.
Məmmədyarov : Siz ərazilərin hansı hissəsini özünüzünkü hesab edirsiniz? İşğal olunan bütün ərazilərimi?
Erməni : “Artsax” Ermənistan ərazisidir.
Məmmədyarov : Bunu kim deyir? Həmin ərazi Qarabağ adlanır və tərcümədə “Черный сад” deməkdir. Siz getdikcə həyəcanlanırsız. Jurnalist üçün bu, yolverilməzdir.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Ermənistan DağlıqQarabağ Rusiya