“Taliban”ın hücumu nəticəsində 20 hərbçi ölüb

“Taliban”ın hücumu nəticəsində 20 hərbçi ölüb
  04 Aprel 2019    Oxunub:1573
Əfqanıstanın şimal-qərbindəki Baqdis əyalətində “Taliban” silahlı hərəkatının hücumu nəticəsində azı 20 əfqan hərbçisi və polisi ölüb, 10-dan çoxu isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Tolo News” telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, talibançıların Baqdis əyalətinin Bala Murqab rayonundakı hərbi bazaya və polis məntəqələrinə silahlı hücumu hələ də davam edir. Onların qarşısını almaq üçün Əfqanıstan ordusunun 500-dək hərbi qulluqçusu cəlb olunub. “Taliban” tərəfində döyüşənlərin dəqiq sayı isə bilinmir.

Qeyd edək ki, ötən gün koalisiya qüvvələrinin Baqdis əyalətinə endirdiyi hava zərbələri nəticəsində “Taliban”ın azı 26 döyüşçüsü məhv edilmişdi.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti