Kremldən Qarabağ münaqişəsinə dair yeni AÇIQLAMA

Kremldən Qarabağ  münaqişəsinə dair yeni AÇIQLAMA
  18 Noyabr 2013    Oxunub:996
Sergey Lavrov: RF Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazırdır.

Rusiya Federasiyası (RF) Azərbaycan və Ermənistan hakimiyyətləri arasında Dağlıq Qarabağ münaqişəsi üzrə təmasların bərpa olunacağına ümid edir və problemin həllinə yardım etməyə hazırdır.

AzVision.az.`RİA` Novosti agentliyinə istinadən xəbər verir ki, bunu RF-nin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşünün yekunu üzrə keçirilmiş mətbuat konfransında deyib:

"Ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərliyi arasında birbaşa təmaslar yaxın vaxtlarda bərpa ediləcək. Artıq dediyim kimi, bu münaqişənin nizamlanmasına nail olmaq məqsədi ilə daha əvvəlki razılaşmalar əsasında tərəflər üçün zəruri mühitin yaradılmasına hər cür yardım göstərəcəyik".


Teqlər:  





Xəbər lenti