“Tez-tez təqiblərə məruz qalırdıq” – Müsahibə

“Tez-tez təqiblərə məruz qalırdıq” – Müsahibə
  18 Noyabr 2013    Oxunub:965
“Biz heç vaxt millətlərarası nifrətə təhrik hissi yaratmamışıq”.
AzVision.az Moskvada güllələnən Rusiya Miqrantlar Federasiyasının rəhbərlərindən olan azərbaycanlı Mais Qurbanovun “Azərros”-a müsahibəsini təqdim edir.

- Noyabr 12-də nələr baş verdi?

- Evə qayıdırdım. Təxminən gecə saat 2 olardı. Qapıya yaxınlaşdım. Kodu yığarkən hiss etdim ki, arxamda bir neçə adam var. Çönüb baxdım, iki qız və iki kişi idi. Qızlardan biri mənim arxama keçərək atəş atdı. Kürəyimdən yaralandım, “Şarmaka” kafesinə qədər qaçdım. Adminstratorlar mənim içəri keçməyimə icazə verdilər, kafenin qarovulçusu isə mənə atəş açanın ayırd etmək üçün çölə qaçdı. Lakin, hücum edənlər qaçıb aradan çıxmışdılar. Kafedə mənə ilk yardım göstərdilər, polisə və təcili yardıma zəng etdilər. Ona görə kafenin bütün işçilərinə minnətdaram. Xüsusi xidmət orqanları və həkimlər vaxtında işə başladılar, məni dərhal xəstəxanaya apardılar, əməliyyat etdilər və palataya yerləşdirdilər.

- Sizə atəş açan qızı tanıdınızmı?

- Kim olduğunu bilmirəm. Əvvəllər isə onu heç görməmişəm. Hazırda mən polis bölməsindəyəm və hücum edən şəxsin müəyyənləşməsi üçün müstəntiqlərdən biri ilə görüşəcəm. Ümid edirəm ki, hər şey tezliklə aydın olacaq.

- Necə düşünürsünüz, bu kiminsə sifarişidir?

- Hər şey ola bilər. Mən bunu istisna etmirəm. Bu təsadüfən açılmış bir atəş deyildi. Ortada nə dava-dalaş var, nədəki atəş açan sərxoş deyildi. Biz (Rusiya Miqrantları Federasiyanın işçiləri) Rusiyada yaşayan xalqları bir-birinə düşmən etmək istəyən radikal əhval-ruhiyyəli vətəndaşların, təxribatçıların təqibinə tez-tez məruz qalırıq. Buna görə də, hücumun sifariş olduğunu istisna etmirəm. Binamızın həyətində məni güdürdülər. Niyə məhz mən?....

- Sizin vəkiliniz varmı?

- Hələ yoxdur, buna vaxtım olmayıb. Əslində mənə heç lazımda deyil.

- Kömək üçün Azərbaycan diasporuna müraciət etməyi düşünürsünüzmü?

- Mən Rusiya Federasiyanın vətəndaşıyam və yaşayıb işlədiyim, vergi ödədəyim ölkənin hüquq-mühafizə orqanlarının işinə inanıram. Onlar tezliklə bu cinayətin üstünü açacaqlar.

-Biryulevo törədilmiş qətldən sonra KİV-lər milliyətciliyə daha çox diqqət ayırmağa başladı...

- Nə demək istədiyinizi anlayıram. Biz heç vaxt millətlərarası nifrətə təhrik hissi yaratmamışıq. Rusiya Miqrantları Federasiyası ölkədə yaşayan xalqların arasında barış yaratmaq üçün çalışır. Biz sülh və dostluğun tərəfdarıyıq. Və istənilən münaqişənin yatırılması üçün çalışırıq. O, ki qaldı Biryulevo məsələsinə, biz hər zaman hadisənin mərkəzində olmuşuq. İnsanları sakitləşdirməyə, gərginliyi aradan qaldırmağa çalışmışıq.

Mən baş verənləri milliyətciliklə bağlamaq istəmirəm. Çünki inanıram ki, mənə məhz azərbaycanlı olduğum üçün atəş açmayıblar. Əgər bu belədirsə də, mən heç bir əks addım atmayacam ki, xalqarımız arasında gərginlik yaranmasın.

- Ümumiyyətlə, Azərbaycanla Rusiya arasındakı əlaqələri necə dəyərləndirirsiniz?

- Bizim ölkələrimiz arasında qədim dostluq əlaqələri var. Hər bir millətin vətəndaşları arasında cinayətkar var. Bir-iki cinayətkara görə, bütövlükdə xalqlara qarşı münasibəti dəyişdirmək olmaz. Yanan odun üzərinə benzin tökmək lazım deyil.

- Noyabrın 4-də Milli birlik günündə “Rus marşı” keçirildi. Siz miqrantların hüquqlarının müdafiəsi üçün ictimai tədbirləri həyata keçirməyi planlaşdırırsınızmı?

- Bildiyimiz kimi, bizim təşkilatımız “Rus marşı” keçirilməsinin əleyhinə idi. Çünki, həmin aksiya milliyətçilik xarakteri daşıyır. Belə aksiyalar onsuzda gərginləşmiş vəziyyəti daha da ağırlaşdırır. Ona görə də əgər biz də yürüş keçirəsi olsaq, bu dostluğu tərənnüm edəcək. Bizim yürüşümüz beynəlxalq bir tədbir olacaq. Bizim tədbirimiz Rusiyada yaşayan bütün xalqların nümayəndələrini dalaşmaq üçün yox birləşməyə, birliyə çağıracaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti