Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi

 Saakaşvili Ukraynaya qayıdacağını bəyan etdi
  03 Aprel 2019    Oxunub:1776
Gürcüstanın sabiq prezidenti, Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, əgər Ukraynadakı prezident seçkilərinin ikinci turunda şoumen Vladimir Zelenski qələbə qazansa, onda Ukraynaya geri dönəcək.
Azvision.az xəbər verir ki, bu barədə Saakaşvili “Rustavi 2” telekanalına müsahibəsində deyib.

“Faktiki olaraq, Ukraynada inqilab baş verdi. Heç şübhəsiz ki, ikinci turda Vladimir Zelenski qalib gələcək. Mən Ukraynanı sevirəm, mütləq ora qayıdacağam və Ukrayna vətəndaşlığımı bərpa edəcəyəm” – Saakaşvili vurğulayıb.

O, həmçinin bildirib ki, öz siyasi gələcəyini Ukrayna ilə bağlamır və hətta əgər ona baş nazir postu təklif olunsa belə, bundan imtina edəcək: “Mənim gələcək planlarım Gürcüstanla bağlıdır”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gürcüstan   Ukrayna  





Xəbər lenti