82 yaşlı Buteflikanın 20 illik hakimiyyətinin sonu - FOTOLAR

 82 yaşlı Buteflikanın 20 illik hakimiyyətinin sonu -  FOTOLAR
  03 Aprel 2019    Oxunub:2412
Əlcəzairin 82 yaşlı prezidenti Abdeləziz Buteflika ölkədə həftələrdir davam edən etiraz aksiyalarından sonra tutduğu vəzifədən istefa verib.

Azvision.az “BBC News”a istinadən xəbər verir ki, Buteflika Əlcəzair ordusunun qətiyyəti nəticəsində istefa etməyə məcbur olub.
Belə ki, ordu prezidenti artıq ölkəni idarə etmək bacarıqsızlığını və səlahiyyətlərini yerinə yetirmək qabiliyyətini itirdiyini etiraf etməyə və etirazlar fonunda hakimiyyətdən könüllü şəkildə getməyə çağırıb.

Abdeləziz Buteflika 1999-cu ildən etibarən Əlcəzairə rəhbərlik edir. 2013-cü ildə insult keçirdikdən sonra əlil arabasında gəzir. İctimaiyyət arasına nadir hallarda çıxır və heç bir çıxış etmir. Buna rəğmən, 82 yaşlı prezident bu ilin fevralında 5-ci dəfə prezident seçilmək istəyini açıqlayıb və Əlcəzairin hər yerində xalq Buteflikanın hakimiyyətinə qarşı kütləvi etirazlara qalxıb. Nəticədə Abdeləziz Buteflika yenidən prezident seçilməyəcəyini deyərək seçkiləri təxirə salsa da, əhali etirazları davam etdirib və prezidentin istefası ilə yanaşı, ölkədə siyasi dəyişikliklər edilməsi tələb olunub.











Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Əlcəzair  





Xəbər lenti