Azərbaycan 2 rayonu Ermənistana verə bilərmi? - ŞƏRH

Azərbaycan 2 rayonu Ermənistana verə bilərmi? - ŞƏRH
  18 Noyabr 2013    Oxunub:1000
“Laçın koridoru əvəzində Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana yolun açılması zənnimcə, Azərbaycan tərəfindən qoyulan məsələsdir”.
Bunu AzVision.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin 2014-cü il üçün xarici siyasətinin Dağlıq Qarabağla bağlı strategiyasını şərh edərkən deyib. Politoloq hesab edir ki, bu məsələnin gündəm gətirilməsi Azərbaycan üçün çox önəmlidir.

“Onu ermənilər dağıtdılar. Indi bu məsələ yenidən gündəmə gəlib. Azərbaycan tərəfi bu məsələnin məhz bu səpkidə həllini istəyir. Güman edirəm ki, məsələnin ən ədalətli həlli də elə budur”.

Politoloqun fikrincə, Ermənistan buna müqavimət göstərməsi prosesin həllinə əngəl törədir.

“Amma Azərbaycan tərəfi görüşlərdə bu təkliflə çıxış edib. Preizdentlərin görüşü olacaq ki, həmin görüş zamanı həm ATƏT-in həmsədrləri, həm də prezidentlər baxışlarını ortaya qoyacaq. O zaman bu məsələ də orada gündəliyə gələcək”.

Təklif qəbul olunarsa, bunun nəticəsinin necə olacağına gəlincə, politoloq məsələni belə şərh etdi:

“Bu təklif qəbul olunarsa, o zaman Azərbaycan tərəfi bu gün İranla yaşadığı problemləri yaşamayacaq. Bu, əlverişli dəyiş-düyüş ola bilər. Laçın koridoru əvəzinə Ermənistan ərazisindən Naxçıvana çıxışın əldə edilməsi ən ədalətli və ən sərfəli olan variantlardan biri ola bilər”.

Politoloq vurğulayıb ki, bu təklif iki rayonun ermənistana verilməsi deyil:

“Gündəmdə iki rayonun Ermənistana verilməsi məsələsi yoxdur. Sadəcə həmin rayonların statusu Dağlıq Qarabağın statusu ilə bir yerdə həll olunacaq. Madrid prinsiplərində də belə müddəa yoxdur ki, iki rayon eEmənistana verilsin. İki rayonu Ermənistana verə bilmərik axı. Mümkün deyil”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti