Satıcı qadını bıçaqla hədələyib pulunu aldı

Satıcı qadını bıçaqla hədələyib pulunu aldı
  02 Aprel 2019    Oxunub:2794
Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manatı aparıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti