Rusiyanın Hərbi-kosmik Akademiyasında partlayış - Yaralılar var

Rusiyanın Hərbi-kosmik Akademiyasında partlayış -  Yaralılar var
  02 Aprel 2019    Oxunub:3122
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən A.F.Mojaysk adına Hərbi-kosmik Akademiyanın ərazisində partlayış baş verib.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

İlkin məlumata əsasən, partlayışa səbəb akademiyanın inzibati binasında minanın işə düşməsidir. İnsident nəticəsində 3 nəfərin xəsarət aldığı, daha 15 nəfərin isə blokada şəraitində qaldığı bildirilir.

“Partlayış tədris korpusunun ikinci mərtəbəsində dərs keçilən zaman baş verib. Ehtimal ki, hərbi sursat (mina) işə düşüb” – təcili tibbi yardım xidmətindən “İnterfax”a bildiriblər.

Hazırda insidentin baş verdiyi ərazidə xilasedicilər və Rusiya Fedreal Təhlükəsizlik Xidmətinin əməkdaşları işləyirlər.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti