Türkiyənin Qarabağ planı: 2 rayon Ermənistana verilsin!

Türkiyənin Qarabağ planı: 2 rayon Ermənistana verilsin!
  18 Noyabr 2013    Oxunub:1062
Türkiyə 2014-cü il üçün xarici siyasətini təşkil edəcək prioritetləri açıqlayıb.

AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə növbəti ildə Kipr, İsrail, Ermənistan, İraq və Suriya ilə münasibətləri yenidən gözdən keçirməyi düşünür.

Qardaş ölkənin 2014-cü il planlarından biri də Ermənistanda ikitərəfli münasibətləri normallaşdırmaqdır.

Strategiyada Türkiyə Dağlıq Qarabağın işğal altında olan yeddi rayonundan ikisinin Ermənistana verilməsi, yerdə qalan beş rayonun geri qaytarılması qarşılığında Azərbaycanla Naxçıvan arasında gediş-gəlişə icazə verilməsini nəzərdə tutub.

Rəsmi Ankara həmçinin hesab edir ki, Ermənistan bu variantla razılaşarsa bu ölkə ilə sərhədlərin açılması müzakirə mövzusu ola bilər.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti