Ukraynada prezident seçkiləri: İkinci tur olacaq - (Yenilənib)

Ukraynada prezident seçkiləri: İkinci tur olacaq -  (Yenilənib)
  01 Aprel 2019    Oxunub:6038
Ukraynada keçirilən prezident seçkilərində bülletenlərin 60,28 faizi hesablanıb.

Azvision.az Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər ki, son məlumata əsasən, prezidentliyə namizəd, aktyor Vladimir Zelenski seçicilərin 30,36 faizinin səsini toplayıb.
Pyotr Poroşenko 16,40 faiz, Yuliya Timoşenko isə 13,08 faiz səs toplayıb.

MSK sədri Tatyana Slipaçukun bildirdiyinə görə, protokolların 60 faizindən çoxunun hesablanması nəticəsində heç bir namizədin seçicilərin səs çoxluğunu qazana bilməyəcəyi məlum olub. Bununla da Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək.

***
09:45

Ukraynada keçirilən prezident seçkilərində bülletenlərin 40,21 faizi hesablanıb. Azvision.az Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər ki, son məlumata əsasən, prezidentliyə namizəd, aktyor Vladimir Zelenski seçicilərin 30,19 faizinin səsini toplayıb.

Ölkə prezidenti, Zelenskinin əsas rəqibi Pyotr Poroşenko isə 16,68 faiz səs yığa bilib. Yuliya Timoşenko siyahıda 13,06 faizlə üçüncü yerdədir.

Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri Vladimir Zelenskinin qalib olduğunu göstərir.

Azvision.az


Teqlər: Ukrayna   Seçki  





Xəbər lenti