Hacıbala Abutalıbov niyə susur?

Hacıbala Abutalıbov niyə susur?
  18 Noyabr 2013    Oxunub:1377
Xəbər verdiyimiz kimi ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin Layihələrə baxılması şöbəsinin müdiri Qafar Əhmədov vəzifəsindən azad edilib.
O, Bakı Şəhər İcra Hakimiyyətində keçirilən iclas zamanı Hacıbala Abutalıbovun qəzəbinə tuş gəldiyindən yerindəcə işdən çıxarılıb.

Qafar Əhmədovun yerinə yeni təyinatın olub-olmaması ilə bağlı BŞİH-lə əlaqə saxladıq.

İcra hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nuranə Məmmədova məlumat verməkdən boyun qaçırdı :"Xəbərim yoxdur, rəhbərlikdən öyrənə bilərsiniz"

Məlumatı dəqiqləşdirmək üçün daha sonra Hacıbala Abutalıbovla əlaqə saxladıq. İcra başçısı da vaxtının olmadığını əsas gətirərək bu haqda danışmaqdan imtina edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti