Abdulla Öcalan əfv ediləcək – Kürd lider

Abdulla Öcalan əfv ediləcək – Kürd lider
  18 Noyabr 2013    Oxunub:1132
“Diyarbəkirdə kürd bayrağı ilə qarşılanacağımı yuxuda görsəm inanmazdım. Tarixi günlər yaşadıq. Buna görə Ərdoğana təşəkkür edirəm”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Diyarbəkir bölgəsini ziyarət edən İraq kürdlərinin lideri Məsud Bərzani Sülh və Demorkatiya Partiyası ilə (BDP) münasibətlərin müsbət irəlilədiyini deyib. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Bərzani deyib ki, əgər belə davam edərsə Abdulla Öcalan da daxil olmaqla amnistiya aktı imzalana bilər:

“Biz Kürdüstan xalqı sülh üçün əlimizi uzadırıq. Sülh müddəti başlatdığı üçün cənab Ərdoğanın səylərini müsbət qiymətləndiririk. Var gücümüzlə bu müddətin arxasındayıq. Açıq demək istəyirik ki, bizim üçün vacib olan kürdlərin birliyidir. Kürdlər birlikdə olsa həm özlərinə, həm də başqa qardaşlarına daha yaxşı xidmət edə bilərlər”.

Barzani səfər zamanı Diyarbəkir bələdiyyəsində görüş keçirib. Bələdiyyə sədri, Ədalət və İnkişaf Partiyasının Diyarbəkirdən olan millət vəkilləri və BDP-li millət vəkillərinin də iştirak etdiyi görüşdə Abdulla Öcalanın vəziyyətindən də danışlıb.

Məsud Bərzani BDP-lilərə baş nazir Rəcəb Tayyib Ərdoğanın “həbsxanalar boşaldılacaq” sözlərini xatırladıb və bildirib ki, kürdlər azadlığa çox yaxınlaşıb:

“Kürdlər azadlığa çox yaxınlaşıb və buna silahsız, sivil mübarizə ilə nail olacaq. Baş nazir də çıxışında amnistiyadan danışıb. İşlər gözlədiyimiz kimi davam edərsə, siyahıda Öcalanın da yer alacağı amnistiya imzalana bilər”.

Daha sonar Bərzani kürd bayrağı ilə qarşılandığı üçün Ərdoğana təşəkkür edib: “Diyarbəkirdə kürd bayrağı ilə qarşılanacağımı yuxuda görsəm inanmazdım. Tarixi günlər yaşadıq. Buna görə Ərdoğana təşəkkür edirəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti