Avtobus Bakıda piyadanı öldürdü

Avtobus Bakıda piyadanı öldürdü
  18 Noyabr 2013    Oxunub:1225
Abşeronda baş vermiş yol qəzasında bir nəfər ölüb.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 19 radələrində Abşeron rayonu, Məhəmmədli qəsəbəsi ərazisindən keçən Kürdəxanı-Zabrat avtomobil yolunda Şirinov Hikmət Rasim oğlu idarə etdiyi 173 saylı marşrut xətti üzrə işləyən "Daewoo" markalı avtobus ilə yolu keçmək istəyən 1976-cı il təvəllüdlü piyada Fərəcov Vüqar Teymur oğlunu vurub.

F.Vüqar aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti