Çavuşoğlu Antalyada Lavrovla görüş keçirir

Çavuşoğlu Antalyada Lavrovla görüş keçirir
  29 Mart 2019    Oxunub:1268
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirir.
Azvision.az xəbər verir ki, bağlı qapılar arxasında keçən görüşdə tərəflər Suriya münaqişəsinin siyasi yolla nizamlanması və Suriyanın konstitusiya komitəsinin işə başlaması məsələlərini müzakirə edəcəklər.

Daha sonra Çavuşoğlu ilə Lavrov Türkiyə-Rusiya Birgə Strateji Planlaşdırma Qrupunun 7-ci iclasında iştirak edəcəklər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   Rusiya  





Xəbər lenti