Eks-spikerdən İsa Qəmbərlə Əli Kərimliyə istefa çağırışı

Eks-spikerdən İsa Qəmbərlə Əli Kərimliyə istefa çağırışı
  18 Noyabr 2013    Oxunub:955
Milli Şuradan qalmaqalla yolları ayrılan eks-spiker Rəsul Quliyev bundan sonra müxalifətlə bir şərtlə əməkdaşlıq edəcəyini bildirib.
AzVision.az-ın məlumatına görə, R.Quliyev AXCP və Müsavatla əməkdaşlığa İsa Qəmbər və Əli Kərimlinin istefaya getməsindən sonra başlayacağını deyib.

Rquliyev müxalif liderlər istefa verməyəcəyi təqdirdə onlarla yol getməyəcəyini bəyan edib.

“AXCP və Müsavatla əməkdaşlıq, ancaq onların liderlərinin buraxdığı səhvləri boyunlarına alıb istefa verəndən sonra mümkün ola bilər. Bir sözlə xalqın gələcəyi ilə heç bir əlqəsi olmayan şüarlarla öz mövcudluğunu artırmaq istəyənlərlə yol getməyə son qoyuldu”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti