Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir
  18 Noyabr 2013    Oxunub:889
Düşmən cavab atəşi ilə susdurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən AzVision.az xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Quşçuayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Teqlər:





Xəbər lenti