Hərbi Nəşriyyatın rəisi işdən azad olunub

Hərbi Nəşriyyatın rəisi işdən azad olunub
  18 Noyabr 2013    Oxunub:1043
Polkovnik Pənah Abdullayev açıqlamasında özü haqqında son günlər bəzi KİV-də çıxan məlumatları təkzib edib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının keçmiş rəisi, istefada olan polkovnik Pənah Abdullayev açıqlamasında özü haqqında son günlər bəzi KİV-də çıxan məlumatları təkzib edib: “Mən 12 noyabr 2013-cü il tarixində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzaladığı əmrlə tutduğum vəzifədən azad edilmişəm. Bu normal haldır, çünki hərbi sahədə heç bir əmr müzakirə olunmur, sadəcə yerinə yetirilir. Bu məsələ ilə bağlı artıq söz-söhbət yaratmağa da ehtiyac yoxdur”.

Onu da qeyd edək ki, P. Abdullayev uzun müddət hərbi sahədə çalışıb, əvvəllər bir neçə rayonun hərbi komissarı olub.


Teqlər:





Xəbər lenti