“Hizbullah” ABŞ-a qarşı mübarizəyə çağırdı

 “Hizbullah” ABŞ-a qarşı mübarizəyə çağırdı
  27 Mart 2019    Oxunub:2477
Livanda İranın dəstəklədiyi “Hizbullah” hərəkatının lideri Həsən Nəsrulla ABŞ-ın İsrailin Colan təpələri üzərində suverenliyini tanımasına ciddi müqavimət göstərməyə çağırıb.
Azvision.az “France Presse” agentliyinə istinadən xəbər verir ki, Nəsrulla ABŞ prezidenti Donald Trampın Colan təpələrini İsrail ərazisi kimi tanımasını “Ərəb-İsrail münaqişəsi tarixindəki kritik dönüş nöqtəsi” adlandırıb.

“Suriyalılar üçün öz torpaqlarını geri qaytarmaq və fələstinlilər üçün isə öz qanuni hüquqlarını bərpa etməyin yeganə çıxış yolu müqavimət, müqavimət və yenə də müqavimət göstərməkdir. Trampın qərarı regionda “torpaqlar əvəzinə sülh” konsepsiyası üzərində qurulan sülh prosesinə dağıdıcı zərbə vuracaq”, - deyə “Hizbullah”ın lideri bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Hizbullah   Suriya   ABŞ   İsrail  





Xəbər lenti