Azərbaycan Pakistan istehsalı olan döyüş təyyarələri ala bilər – FOTOLAR

Azərbaycan Pakistan istehsalı olan döyüş təyyarələri ala bilər – FOTOLAR
  18 Noyabr 2013    Oxunub:3031
Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 “Thunder” təyyarələrinin uçuş və atışlarını izləyiblər.


Azərbaycan Pakistan istehsalı olan JF-17 “Thunder” döyüş təyyarələrini almağa maraqlıdır. AzVision.az xəbər verir ki, bu barədə APA Dubay avişousunda iştirak edən Pakistan nümayəndə heyətindən məlumat əldə edib.

Tərəflər arasında bununla bağlı indiyədək bir neçə dəfə danışıqlar keçirilib. Azərbaycan mütəxəssisləri Pakistanda JF-17 “Thunder” təyyarələrinin uçuş və atışlarını izləyiblər. İstehsalçı PAC şirkəti təyyarənin satışı ilə bağlı qiymətləri Azərbaycan Müdafiə Nazirliyinə təqdim edib: “Təyyarənin satışında heç bir problem yoxdur. Azərbaycan tərəfinin istədiyi aviyonik sistemləri üzərinə yerləşdirə biləcəyimizi bəyan etdik. Bu təyyarələr Rusiya istehsalı olan mühərriklə təchiz edilir və bununla bağlı da hansısa problem görmürük”.

Qalereya




Teqlər:  





Xəbər lenti