36 yaşlı müəllimə 1 milyon dollar mükafat verildi

36 yaşlı müəllimə 1 milyon dollar mükafat verildi
  25 Mart 2019    Oxunub:4686
Dubayda keçirilən "Dünyanın ən yaxşı müəllimi" mükafatlandırma mərasiminin bu il qalibi keşiş Piter Tabiçi olub.
1 milyon dollarla mükafatlandırılan 36 yaşlı müəllim Keniyanın kənd orta məktəbində təbii elmlər üzrə fənnlərdən dərs deyir. Piter Tabiçi öz ölkəsində həm də maaşının böyük bir hissəsini kasıb ailələrə verməsi ilə də məşhurdur.

Qeyd edək ki, müəllimlərin mükafatlandırılması ideyasının müəllifi hindistanlı biznesmen Sanni Varkeydir. O, Yaxın Şərqdə ən böyük uşaq bağçaları şəbəkəsi və GEMS Education məktəblərinin qurucusudur.

Mükafat Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi ilə verilir. Bu il təşkilat komissiyasına 179 ölkədən 10 min mürcaiət daxil olmuşdu.

Azvision.az





Teqlər: Müəllim   Mükafat  





Xəbər lenti