İki qardaşı bıçaqlayan şəxs saxlanıldı

  23 Mart 2019    Oxunub : 897
İki qardaşı bıçaqlayan şəxs saxlanıldı
Mingəçevir şəhər sakinləri Z.Qasımov və qardaşı H.Qasımov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağdam rayon sakini C.Quliyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az

Teqlər: DİN   Bıçaqlanma