Astana rəsmən Nur-Sultan oldu

  23 Mart 2019    Oxunub : 2024
 Astana rəsmən Nur-Sultan oldu
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişdirilməsi barədə konstitusiyaya dəyişikliyi imzalayıb.

Azvision.az -ın xəbərinə görə, bu barədə Qazaxstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçısının imzaladığı qanuna əsasən bundan sonra Qazaxıstan Respublikasının paytaxtı olan Astana şəhəri Nur-Sultan şəhəri adlandırılacaq.

Qeyd edək ki, bundan əvvəl K.Tokayev paytaxtın adının martın 19-da istefa verən ölkənin ilk Prezidenti Nursultan Nazarbayevin şərəfinə adlandırılmasını təklif etmişdi.

Azvision.az

Teqlər: Astana