Rusiya səfirliyinin qarşısında polislərə qumbara atıldı
Səfirliyin mətbuat attaşesi Vasili Qavrilov deyib ki, onlar Afinada yerli vaxtla gecə saat 03:30-da motosikletlə səfirliyin konsulluq bölməsinə tərəf gələrək polis məntəqəsinə qumbara atıblar.
Onun sözlərinə görə, qumbara atılması nəticəsində partlayış olsa da, xəsarət alan olmayıb.
V.Qavrilov qeyd edib ki, ərazi polis tərəfindən çəpərlənib və araşdırma aparılır.
Kənan Məmmədov
Azvision.az