İraqda bərə qəzası: 71 ölü (Yenilənib)

  21 Mart 2019    Oxunub : 3220
İraqda bərə qəzası: 71 ölü (Yenilənib)
Xəbər verdiyimiz kimi, İraqın Mosul şəhəri yaxınlığında turistlərin olduğu bərə qəzaya uğrayıb. Hadisə nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb, 30 nəfər xilas edilib.

Sərnişinlərin əksəriyyəti uşaq və qadınlardır. Xilasetmə əməliyyatı davam etdirilir. Bərədə ümumilikdə 170 nəfər olub
***
İraqın Mosul şəhərində turistlərin olduğu gəmi qəzaya uğrayıb.

Azvision.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 45 nəfər həlak olub.

Dəclə çayında üzən gəmidə 170 nəfərin olduğu deyilir. İlkin ehtimala görə, gəmi həddindən artıq yüklənib. Qəza bu səbəbdən baş verib. Xilasedicilər tərəfindən sudan 30-a yaxın uşaq və qadın çıxarılıb.

Azvision.az

Teqlər: İraq   gəmi   qəza