Nümayəndə heyətimiz Gürcüstanda andiçmə mərasimində

Nümayəndə heyətimiz Gürcüstanda andiçmə mərasimində
  17 Noyabr 2013    Oxunub:898
Azərbaycan nümayəndə heyəti Gürcüstanın yeni prezidentinin andiçmə mərasiminə gəlib.
AzVision.az xəbər verir ki, Gürcüstan prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti baş nazir Artur Rasizadə başda olmaqla Tbilisiyə gəlib.

Azərbaycan nümayəndə heyətini Tbilisi hava limanında Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze qarşılayıb.

Andiçmə mərasimi yerli vaxtla saat 12.45-də Tbilisidə Gürcüstan parlamentinin həyətində başlayacaq.

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili saat 14:00 etibarən andiçmə mərasiminə gələn nümayəndə heyətləri ilə görüşlər keçirəcək.


Teqlər:





Xəbər lenti