İranda göyərtəsində sərnişinlərin olduğu təyyarə yanıb

  19 Mart 2019    Oxunub : 1849
İranda göyərtəsində sərnişinlərin olduğu təyyarə yanıb
İranın paytaxtı Tehranın Mehrabad hava limanında sərnişin təyyarəsində yanğın olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın nəticəsində təyyarədən 50 nəfər təxliyə edilib, 50-yə yaxın sərnişin isə hələ də göyərtədə qalıb. Hadisə yerinə xilasedici briqadalar cəlb edilib. Əlavə məlumat verilməyib.

Azvision.az

Teqlər: İran   Təyyarə