Almaniya müdafiə xərclərini artıracaq

Almaniya müdafiə xərclərini artıracaq
  19 Mart 2019    Oxunub:1480
Almaniya hökuməti öz müdafiə xərclərini artırmaqda qərarlıdır.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə, rəsmi Berlin hərbi xərclərini NATO büdcəsində üzərində götürdüyü öhdəliyə uyğun olaraq ÜDM-un 2 faizi həcminə qaldırmaqla bağlı verdiyi vədə sadiqdir.

Qeyd edək ki, 2014-cü ildə NATO-da qəbul edilmiş razılığa əsasən, alyansa üzv ölkələr 2024-cü ilə qədər hərbi xərclərini ÜDM-nin 2%-nə çatdırmalıdırlar. Bununla əlaqədar ötən il Almaniya hökuməti müdafiə xərclərini ÜDM-nin 1,5%-ə çatdırılacağına dair öhdəlik götürdü.

Lakin Almaniya maliyyə naziri Olaf Şoltsun 2020-2023-cü illər üzrə təqdim etdiyi büdcə planında hərbi xərclərin ÜDM-nin 1,25%-ni təşkil edəcəyi müəyyənləşdirilib. Şoltsun növbəti 3 ilin hərbi büdcəsi üzrə planının sabah Almaniya hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir. Belə olarsa, Berlin NATO üzrə götürdüyü öhdəliyin icrasına əməl edə bilməyəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Almaniya   NATO  





Xəbər lenti