Yeniyetmə qızı döyən şəxs tutuldu

Yeniyetmə qızı döyən şəxs tutuldu
  19 Mart 2019    Oxunub:2448
Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Bakı şəhər sakini olan bir yeniyetmə qızı döyməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Xaşalov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də daha bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti