“Sərt Brexit” üçün tədbirlər paketinə razılıq verildi

“Sərt Brexit” üçün tədbirlər paketinə razılıq verildi
  19 Mart 2019    Oxunub:1616
Avropa İttifaqı (Aİ) Şurası “sərt Brexit”, yəni Böyük Britaniyanın Aİ-dan sazişsiz ayrılması halında həyata keçiriləcək tədbirlər paketini razılaşdırıb.
Azvision.az xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı rəsmi məlumatda deyilir.

“Şura bu gün sazişsiz “Brexit”in mümkünlüyünə hazırlıq çərçivəsində bir sıra qanunverici aktları qəbul edib. Məqsəd “nizamsız Brexit”in baş verəcəyi təqdirdə konkret sahələrə dəyə biləcək ciddi ziyanın məhdudlaşdırılmasıdır” -, deyə məlumatda vurğulanıb.

Həmçinin, qeyd olunub ki, razılaşdırılan tədbirlər müvəqqətidir və tətbiq sahəsi məhduddur, eləcə də, ölkənin İttifaqda tam üzvlükdən əldə etdiyi faydaların hamısını əvəzləməyəcək. “Sərt Brexit” halında həyata keçiriləcək tədbirlər, xüsusən də, balıq ovu, nəqliyyat və “Erasmus+” proqramına şamil ediləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropa   Britaniya  





Xəbər lenti