Kürdlər Dəməşqi zorakılıqda ittiham edir

Kürdlər Dəməşqi zorakılıqda ittiham edir
  19 Mart 2019    Oxunub:2078
Suriyanın şimalındakı kürd silahlı birləşmələri rəsmi Dəməşqi onlara zülm etməkdə ittiham edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Suriya kürdlərinin qondarma Rojava hökuməti bəyan edib.

Bildirilib ki, “Kürdlər dövlət idarəçiliyinə tabe olmayanadək Suriya hökumətinin ölkənin şimalında kürdlərin nəzarətində olan əraziləri güc yolu ilə bərpa edəcəyinə dair təhdidləri Dəməşqin basqı və zorakılıq siyasəti yürütməkdə qərarlı olduğunu göstərir”.

Kürd separatçıları onu da bildiriblər ki, Dəməşq Suriyadakı münaqişənin “sülh və demokratik yolla” həllindən yayınır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kürd   Suriya  





Xəbər lenti