Braziliya öz kosmodromunu ABŞ-ın istifadəsinə verdi

Braziliya öz kosmodromunu ABŞ-ın istifadəsinə verdi
  19 Mart 2019    Oxunub:1495
Brazilia və Vaşinqton arasında imzalanan yeni müqaviləyə əsasən, ABŞ-ın Braziliyanın “Alkantara” kosmodromundan peyk və raketlər buraxmasına icazə verilib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-da rəsmi səfərdə olan Braziliya prezidenti Jair Bolsonaru öz "Tvitter" səhifəsində bəyan edib.

“Braziliya və ABŞ Maranyan ştatındakı “Alkantra” mərkəzinin kommersiya məqsədilə istifadəsinə icazə verən ikitərəfli saziş imzalayıblar. Saziş ABŞ-ın peyk və raketlər buraxmasını nəzərdə tutur. Bununla belə, kosmodromun ərazisi Braziliyanın yurisdiksiyası altında qalacaq”, – deyə Bolsonaru vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Braziliya   ABŞ  





Xəbər lenti