Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  16 Mart 2019    Oxunub:1837
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən “VAZ 21011” markalı avtomobili inzibati qayda pozuntusuna görə saxlayıblar.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonunun Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə gətirilib. Onun üzərində axtarış aparılan zaman kibrit qutusunda 8 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Həmin şəxslə bağlı araşdırmalar zamanı İ.Qurbanovun narkotik vasitəni Balakən şəhər sakini Abdulla Qallacovdan aldığı müəyyənləşib.

A.Qallacovun yaşadığı evə baxış keçirilib və oradan 805 qram qurudulmuş marixuana, həmçinin qanunsuz saxladığı 16 kalibrli qoşalülə ov tüfəngi aşkarlanıb. O, ifadəsində həmin narkotik vasitəni yay aylarında rayonun Püştətala kəndi ərazisində əkib-becərdiyi narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyini bildirib. Əraziyə baxış nəticəsində ümumi çəkisi 185 qram olan üç çətənə bitkisi maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti