Yeni Zelandiyada növbəti hücum təhlükəsi

 Yeni Zelandiyada növbəti hücum təhlükəsi
  16 Mart 2019    Oxunub:2254
Yeni Zelandiya polisi Şimal adasının Heystinqs şəhərindəki xəstəxananı mühasirəyə alıb.
Azvision.az xəbər verir ki, bu barədə “Newstalk ZB” radiosu yerli polisə istinadən məlumat yayıb. Bildirilib ki, xəstəxana ətrafında polis kordonunun düzülməsinin səbəbi potensial təhdidlə əlaqədardır və ehtiyat tədbirləri görülür. Lakin təhlükənin xarakteri dəqiqləşdirilmir.

Xatırladaq ki, ötən gün Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Əl-Nor və Linvud məscidlərinə edilən silahlı hücum nəticəsində 49 nəfər qətlə yetirilib. Ölkənin baş naziri Casinda Ardern hadisəni terror aktı kimi qiymətləndirib. Cinayətlə əlaqədar 4 şübhəli saxlanılıb. Onların hər birinin ekstremist baxışlara malik olduğu, lakin indiyədək polisin axtarış-müşahidə siyahısında adlarının qeydə alınmadığı bildirilib.

Tutulan şəxslərdən biri Avstraliyadan olan 28 yaşlı Brenton Tarrantdır. Onun məscidə etdiyi hücumu 17 dəqiqə ərzində sosial şəbəkədə canlı yayımladığı məlum olub. İnsidentdən əvvəl isə motivlərin izah olunduğu 37 səhifəlik “manifest” dərc edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: YeniZelandiya  





Xəbər lenti