“Danışıqların formatı tərəflərin razılığı ilə dəyişdirilə bilər” - Zaxarova

  15 Mart 2019    Oxunub : 1224
 “Danışıqların formatı tərəflərin razılığı ilə dəyişdirilə bilər” - Zaxarova
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə Ermənistanla Azərbaycan arasında aparılan danışıqların formatı yalnız onların hər ikisinin razılığı ilə dəyişdirilə bilər.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənvi brifinqdə jurnalistlərin sualını cavablandırarkən bəyan edib.

ATƏT-in Mİnsk qrupunun həmsədr ölkəsi kimi Rusiya Federasiyası Qarabağ münaqişəsi üzrə danışıqların formatı barədə mövqeyini dəfələrlə ifadə edib. Hesab edirik ki, danışıqların formatı yalnız münaqişə tərəflərinin (Ermənistan və Azərbaycan) razılığı əsasında dəyişdirilə bilər. Əgər onlar hansısa mərhələdə Dağlıq Qarabağın da danışıqlarda təmsil edilməsi barədə razılığa gəlsələr, onda bu, məhz tərəflərin qərarı olacaq və biz də onların qərarına hörmət edəcəyik. Bu, təkcə bizim yox, Minsk qrupu həmsədrliyindəki digər dövlətlərin də mövqeyidir. Həmsədrlərin 9 mart bəyanatında Rusiya, ABŞ və Fransanın məsələyə yanaşması kifayət qədər açıq əks olunub”, -deyə Zaxarova vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Rusiya   Zaxarova   Qarabağ